2024-cü ilin yanvar-iyun aylarında Rusiyada kredit kartı sahiblərinin sayı 28 milyonu ötüb.
Bakıvaxtı.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu, Rusiya Mərkəzi Bankın (MB) pərakəndə kreditləşmə tendensiyalarına dair icmalında yer alıb.
İcmala əsasən, 12 ay ərzində ölkədə daha 5,2 milyon kredit kartı sahibi olub. Bu sahiblərin 30 faizinin yaşı 30 yaşdan aşağı olan rus vətəndaşlarıdır.
Bundan başqa, ölkədə üç və ya daha çox krediti olan rusların sayında ciddi artım qeydə alınıb. 2024-cü ilin ilk altı ayının nəticələrinə əsasən, ölkədə borcalanların sayı 2,2 milyon nəfər artaraq 13 milyon həddini keçib.
Gülşən Şərif