• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiyadan Türkiyəyə etiraz: “Bu addım gərginliyi artıracaq”

DÜNYA

29 Iyun 2022 | 23:18 | Müəllif: Subhan Mahmudov

Rusiyadan Türkiyəyə etiraz: “Bu addım gərginliyi artıracaq”

"Rusiya Türkiyəni Suriyanın şimalında gərginliyi artıracaq addımlardan çəkinməyə çağırır".

Bakıvaxtı.az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Mətbuat konfransında Türkiyənin Suriyanın şimalındakı PKK/YPG terror təşkilatına qarşı mümkün hərbi əməliyyatı ilə bağlı suala cavab verən Zaxarova bildirib:

"Türk tərəfdaşlarımızı gərginliyi təhlükəli şəkildə artıra biləcək addımlardan çəkinməyə çağırırıq. Hesab edirik ki, Suriyanın legitim hökumətinin razılığı olmadan həyata keçirilən silahlı fəaliyyət Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR