• Bakı 17° C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Sabah hava necə olacaq?

CƏMİYYƏT

11 Noyabr 2025 | 12:11

Sabah hava necə olacaq?

Noyabrın 12-də gözlənilən hava proqnozu açıqlanıb.

    Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

    Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 11-14, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında hava necə olacaq?

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 8-12, gündüz 17-21, dağlarda gecə 3-7, gündüz 8-13 dərəcə isti olacaq.


    SON XƏBƏRLƏR

    10 Noyabr 2025