• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Salyanda avtomobillə motosiklet toqquşub - Ölən var

CƏMİYYƏT

26 Iyul 2021 | 09:18

Salyanda avtomobillə motosiklet toqquşub - Ölən var

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında, köhnə Ələt-Astara magistral yolunun Arbatan kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobil motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü, Salyan şəhər sakini, 1968-ci il təvəllüdlü Hüseynov Mübariz Əflatun oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026