• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şəmkirdə toydan qayıdanlar qəzaya düşdü - xəsarət alanlar var

HADİSƏ

07 Dekabr 2022 | 23:13 | Müəllif: Subhan Mahmudov

Şəmkirdə toydan qayıdanlar qəzaya düşdü - xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusunun qarşısına mal-qara çıxıb. Nəticədə mikroavtobus naxırdakı heyvanları vurub. Qəza zamanı "Mercedes Vito" olanlar - 1978-ci il təvəllüdllü Səbinə Məmmədova, 1980-ci il təvəllüdlü Samirə Məmmədova, 1982-ci il təvəllüdlü Gözəl Məmmədova və 2012-ci il təvəllüdlü Məhsəti Süleymanzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir və onlar toydan qayıdırlarmış.(unikal)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026