• Bakı C

    10.71 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Sergey Lavrov: Aİ-yə qoşulma prosesi Ermənistanın suveren qərarıdır

DÜNYA

14 Yanvar 2025 | 14:16

Sergey Lavrov: Aİ-yə qoşulma prosesi Ermənistanın suveren qərarıdır

Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulması prosesi ölkənin suveren qərarıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya diplomatiyasının rəhbəri İrəvana bu məsələni hərtərəfli ölçüb-biçməyi tövsiyə edib.

"Ermənistan hökuməti istənilən beynəlxalq ittifaqa qoşulmaqla bağlı qərar vermək hüququna malikdir. Lakin o bunu ciddi şəkildə ölçüb-biçməli və nəticələrə görə məsuliyyət daşımalıdır", - siyasətçi bildirib.

Onun sözlərinə görə, Ermənistan eyni vaxtda həm Aİ-nin, həm də Avrasiya İqtisadi İttifaqının üzvü ola bilməz.


SON XƏBƏRLƏR

14 Yanvar 2025