• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Sərsəm şərt-tələblər: Özünü buraxan Şahramanyana İrəvanda cəsarət gəldi

GÜNDƏM

01 Noyabr 2023 | 14:24 | Müəllif: Qalib İbrahimoğlu

Sərsəm şərt-tələblər: Özünü buraxan Şahramanyana İrəvanda cəsarət gəldi

Keçmiş qondarma rejimin sonuncu separatçı "başçısı", gizli yolla İrəvana qaçmış Samvel Şahramanyan son günlər yenidən "fəallaşıb".

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, Şahramanyan Bakıya sərsəm şərt-tələblər irəli sürəndən sonra ermənilərin Qarabağa qayıdışından, onların gələcək vəziyyətindən, özünün müəyyən şərtlərlə geri dönməsindən və s. absurd məsələlərdən də danışıb. Şahramanyanın baş nazir Nikol Paşinyanı şantaj etdiyi də deyilir.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, separatçı Samvel Şahramanyan sadəcə özünə məxsus fikirləri səsləndirmir.

Ekspertin sözlərinə görə, onu kənar güclərin danışdırdığını da demək mümkündür. Onun sözlərinə görə, Cənubi Qafqazda marağı olan Fransa, Kanada və digər Qərb ölkələrininın zaman-zaman separatçılarla görüşdüyü, onlara dəstək verdiyi bəllidir. Bu cəhdlər regionda qarşıdurmanın yenidən qızışdırılması məqsədi daşıyır.

Samir Hümbətov: Bəzi güclər bitmiş münaqişəni yenidən alovlandırmağa çalışır

Müsahibimiz bildirib ki, Şahramanyanın son açıqlamaları göstərir ki, bəzi güclər bitmiş münaqişəni yenidən alovlandırmağa çalışır. Bu da onun ağlının məhsulu olaraq dəyərləndirilə bilməz.

“Şahramanyanı önə sürənlər bölgədə gərginliyin bitməsində, sülhün yaranmasında maraqlı olmayan qüvvələrdir. Onun sərsəm fikirlər səsləndirməsi də həmin güclərin maraqlarına xidmət edir", - deyə Samir Hümbətov əlavə edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026