• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şeyxülislam: "Türk xalqları dar gündə bir-birinin yanında olmalıdır"

CƏMİYYƏT

21 Aprel 2023 | 09:43

Şeyxülislam: "Türk xalqları dar gündə bir-birinin yanında olmalıdır"

"Türk xalqları dar gündə bir-birinin yanında olmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

QMİ sədri bildirib ki, Ramazan ayı mərhəmət ayıdır: "Bu günlərdə biz hər birimiz şəhidlərimizi yad etməli, onları unutmamalıyıq. Bir daha Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edirəm. Sərhəddə duran bütün əsgərlərimizi Allah qorusun. Allah bir daha bizə müharibə göstərməsin”.

Qardaş Türkiyədə dəhşətli zəlzələdə 55 min insanın həyatını itirdiyini xatırladan Allahşükür Paşazadə bunun bir imtahan olduğunu söyləyib: "Hesab edirəm ki, türk xalqları dar gündə bir-birinin yanında olmalıdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026