• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Son günlər əhali arasında yayılan virus nədir? - Ağır nəticələrə səbəb ola bilər

CƏMİYYƏT

09 Yanvar 2023 | 17:25 | Müəllif: Qalib İbrahimoğlu

Son günlər əhali arasında yayılan virus nədir? - Ağır nəticələrə səbəb ola bilər

Son günlər əhali arasında kəskin respirator virus yayılıb. Öskürək, boğaz ağrısı və yüksək hərarətdən əziyyət çəkən xəstələr nə qədər dərman qəbul etsələr də, virus keçmir.

Tibb elmləri doktoru Adil Qeybulla Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu gün yayılan infeksiyaların hansı virusdan törədildiyi ilə bağlı rəsmi məlumat yoxdur: “Amma koronavirusun, omikronun mutasiya variantları, qrip virusunun da kəskin respirator virusları törədir. Konkret olaraq nədən söhbət getdiyini rəsmi qurumlar açıqlamalıdır”.

Xəstəliyin uzun müddət davam etməsinə gəlincə, A.Qeybulla hesab edir ki, insanlar gigiyenik qaydalara əməl etməlidirlər. Onun sözlərinə görə, çox vaxt xəstələnmiş şəxslər buna riyaət etmir, xəstəliyə əhəmiyyət vermir, ayaq üstə gəzirlər: “Beləliklə, təkrar soyuqdəymə olur və xəstəlik uzanır. Ona görə də, pandemiyada müəyyən qaydalara əməl etdiyimiz kimi, indi də xəstələnmiş şəxslər buna əməl etməldirlər”.

Müsahibimiz deyir ki, biz pandemiyada xeyli təcrübə əldə etmişik: “Bu cür infeksiyaların yayıldığı fəsildə qaydalara əməl etməklə qarşısını ala bilərik”.

Qeyd edək ki. Səhiyyə Nazirliyi də respirator xəstəliklə bağlı əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, ev şəraitində respirator virus infeksiyalarından özünüzü və yaxınlarınızı qorumaq üçün bu virusa yoluxmuş şəxsin ailə üzvlərinin olduğu məkandan vaxtında təcrid etmək vacibdir”.

Həmçinin otaqların tez-tez havalandırılması və xəstə ilə, ələxsus uşaqların, hamilə qadınların, yaşlı və ağır xroniki xəstəlikləti olanların təmaslarının tamamilə istisna edilməsi, xəstənin toxunduğu səthlərin mütəmadi antiseptiklərlə zərərsizləşdirilməsi tövsiyə olunur. Tyni zamanda, xəstəliyin ağır gedişli hallarında və fəsadlaşmalar baş verdikdə, geçikmədən həkimə müraciət edilməsi zəruridir.

Bildirilib ki, qrip istisna olmaqla, bu tip kəskin respirator virus infeksiyalarının əksəriyyəti yüngül keçir, fəsadlaşmır, tezliklə hərarət normallaşır, baş və əzələ ağrıları, ümumi zəiflik kimi intoksikasiya əlamətləri səngiyir, iştah yaxşılaşır, boğaz ağrıları və öskürək keçib gedir və xəstəlik qısa vaxt ərzində sağalma ilə nəticələnir. Lakin xəstəliyin, xüsusən də qeyd olunan risk qruplarında ağır keçməsi, fəsadlaşması, arzuolunmaz nəticələrə səbəb olması mümkündür.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026