BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, yanvarda Süd Məhsulları İndeksi orta hesabla 121,8 bənd təşkil edib. Bu göstərici dekabr ilə müqayisədə 6,4 bənd və ya 5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 21,3 bənd (14,9%) azalıb.
Bakıvaxtı.az təşkilata istinadən xəbər verir ki, indeks ardıcıl yeddinci aydır ki, eniş nümayiş etdirir. Azalma əsasən dünya bazarlarında pendir və kərə yağının qiymətlərinin ucuzlaşması ilə bağlı olub. Bu, süd tozu kotirovkalarındakı cüzi artımı üstələyib.
Ötən ay ən kəskin qiymət enişi beynəlxalq pendir bazarında qeydə alınıb. Bu proses qlobal rəqabətin güclənməsi ilə izah olunur.
Dünya üzrə kərə yağının qiymətində isə azalma tendensiyası davam edib. Süd tozlarının qiyməti isə artıb.
Bakı 




