• Bakı 28° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Tacikistan Prezidenti: Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən məmnunuq

SİYASƏT

23 May 2024 | 16:08

Tacikistan Prezidenti: Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən məmnunuq

Danışıqlar zamanı təhlükəsizliklə bağlı risklər və təhdidlər müzakirə edildi. Öz növbəmdə onu qeyd etmək istərdim ki, beynəlxalq aləmdə mövcud vəziyyət mürəkkəb və gərgin olaraq qalmaqdadır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatında deyib.

    “Fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, Tacikistan bütün ziddiyyətlərin və münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən və məzmunundan məmnunluğumuzu bildiririk. Bu baxımdan, terrorizmə və ekstremizmə, radikalizmin təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən kibercinayətkarlığa və narkotik qaçaqmalçılığına qarşı mübarizəyə mühüm yer ayırırıq. Bu xətt üzrə xüsusi xidmət orqanlarının və ixtisaslaşdırılmış digər idarələrin fəaliyyətinin əlaqələndirilməsinin gücləndirilməsini zəruri hesab edirik”, - Tacikistan Prezidenti əlavə edib.


    SON XƏBƏRLƏR

    15 Iyun 2024