Aclıq aksiyasını dayandıran Taleh Bağırzadənin səhhəti ilə bağlı məsələyə aydınlıq gətirilib.
Penitensiar Xidmətdən Bakıvaxtı.az-a bildirilib ki, Taleh Bağırzadə bir neçə saat öncə aclıq aksiyasını dayandırıb:"Onun vəziyyəti normaldır", - deyə məlumatda qeyd olunub.
***17:01
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadədən xəbər var.
Bakıvatxı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Qobustan həbsxanasında cəza çəkən T.Bağırzadə bu gün aclıq aksiyasını dayandırıb.
Qeyd edək ki, o, iyunun 3-də aclıq aksiyasına başlamışdı.
















