Çin Əfqanıstanın əsas beynəlxalq tərəfdaşı olaraq görülür.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Taliban" hərəkatının nümayəndəsi Zabiullah Mücahid deyib.
O, bildirb ki, Çin əsas ortağımızdır, bizim üçün əsas və müstəsna bir fürsətdir, çünki ölkəmizə sərmayə qoymağa və yenidən qurmağa hazırdır.
Mücahidin sözlərinə görə, Pekinin "Bir Kəmər, Bir Yol" proqramı "qədim İpək Yolunun dirçəlməsinə xidmət edəcək". Bundan əlavə, Çinin Əfqanıstanda mədən sənayesinin, xüsusən də mis mədənlərinin bərpasına kömək edəcəyinə ümid etdiyini bildirib. Həm də Taliban sözçüsü Çini bütün dünya bazarlarına keçid adlandırıb.
ÇXR Xarici İşlər Nazirliyi nazirinin köməkçisi U Çzyanxao ilə "Taliban"ın Qətərdəki Siyasi Ofisinin müdir müavini Abdula Salam Hənəfi arasında telefon danışığı haqqında məlumat yayımladı. Mesaja görə, Əfqanıstanın gələcəyinin yenidən Əfqanıstan xalqının əlində olduğunu söyləyən çinli diplomat Əfqanıstanın ən qısa zamanda sülhə və sabitliyə nail olacağına və ölkəni bərpa edəcəyinə ümid etdiyini bildirib. O, Çinin "Əfqanıstanın etibarlı dostu" olduğunu da bildirib.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















