• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Toyumda elə adamların zərfləri boş çıxdı ki, pərt oldum" - Zaur Baxşəliyev

MƏDƏNİYYƏT

25 Iyun 2023 | 15:16

"Toyumda elə adamların zərfləri boş çıxdı ki, pərt oldum" - Zaur Baxşəliyev

Aparıcı Zaur Baxşəliyev ilk dəfə toyunda bəzi zərflərin boş çıxdığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "Zaurla Günaydın" verilişində danışıb. 

"Toyumuzda zərflərin bir neçəsi açılmışdı. Özü də elə adamların zərfləri idi ki... Adlarını çəkməyəcəyəm. Şoka düşdüm. Açdıq ki, içi boşdur. Məbləğ üstünə yazılıb, amma içində pul yoxdur. Özü də yapışdırılmış formada. Sonra desinlər ki, guya, qutuda nəsə olub. Amma onun açarı məndə idi. Səhərə kimi yatmayıb onları saymışam. Elə pərt oldum ki, özüm utandım. Gərək heç onu da yazıb qoymazdı" deyə, Zaur bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR