ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrislə növbəti debatdan imtina edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə səhifəsində yazıb.
“Rəy sorğuları açıq şəkildə göstərir ki, mən çərşənbə axşamı Demokrat namizəd Kamala Harrisə qarşı debatda qalib gəldim və o, dərhal ikinci müzakirə tələb etdi. O, Foksda müzakirələrə gəlmədi və NBC və CBS-də görünməkdən imtina etdi. Kəmalə son dörd ildə nə etməli olduğuna diqqət yetirməlidir. Üçüncü debat olmayacaq”, - deyə o bildirib.
Qeyd edək ki, tərəflər arasından iki debat baş tutub.