Türkiyədə COVID-19 virusuna yoluxanlar arasında yaşlılarla müqayisədə gənclərin sayı artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca “Twitter” hesabında yazıb.
Qeyd olunub ki, son bir ayda ölkədə koronavirusa yoluxanlar arasında yaşı 65-dən yuxarı olanların sayı ümumi xəstə sayına nisbətən 11,3 faizədək azalıb. Buna baxmayaraq, gənclər arasında yoluxma hallarında artım müşahidə edilir.
















