Türkiyənin BRICS-ə rəsmi üzvlük üçün müraciət etməsi xəbərinə ABŞ da münasibət bildirib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
ABŞ Dövlət Departamentində çərşənbə axşamı keçirilən gündəlik mətbuat konfransında Türkiyənin BRİCS-ə rəsmi üzvlük müraciəti ilə bağlı xəbərlər və müzakirələr də gündəmə gətirilib.
Mövzu ilə bağlı sualı cavablandıran Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Türkiyə müxtəlif mövzularda birlikdə çalışdığı ABŞ üçün mühüm müttəfiq olaraq qalır.
O, bu səpkidə verilən sualları cavablandırmaqdan imtina edib.
Əli Hüseynov
















