• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Türkiyənin bu futbolçusu da Avro-2024-ü buraxır

İDMAN

05 Iyun 2024 | 15:52 | Müəllif: Subhan Mahmudov

Türkiyənin bu futbolçusu da Avro-2024-ü buraxır

Türkiyə millisinin futbolçusu Ozan Kabak Avropa çempionatını buraxacaq.

Bakıvaxtı.az  Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi ötən gün İtaliya yığması ilə keçirilmiş yoldaşlıq görüşü zamanı ciddi zədə alıb.

Çarpaz diz bağlarında yırtıq aşkarlanan “Hoffenhaym”ın oyunçusu Almaniyada təşkil olunacaq Avro-2024-də Türkiyə yığmasına kömək edə bilməyəcək.

Qeyd edək ki, daha əvvəl “Fənərbağça”nın müdafiəçisi Çağlar Söyüncü və İngiltərənin “Bornmut” klubunun hücumçusu Enes Ünal eyni səbəbdən heyətdən çıxarılıb.

Xatırladaq ki, Türkiyə millisi Avropa çempionatında Portuqaliya, Çexiya və Gürcüstanla birlikdə F qrupunda mübarizə aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026