• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyənin Varşavadakı səfirliyinə hücum oldu

DÜNYA

28 Dekabr 2021 | 20:19

Türkiyənin Varşavadakı səfirliyinə hücum oldu

Türkiyənin Varşavadakı səfirliyinə hücum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TVN24 telekanalı şəhər polisinə istinadən məlumat yayıb.
Məlumata görə, yerli vaxtla təxminən saat 14:00-da (Bakı vaxtı ilə 17:00-da) diplomatik nümayəndəliklərin mühafizə idarəsi tərəfindən qorunan obyektdə insident baş verib. Səfirliyin binasına içərisində tezalışan maye olan şüşə atılıb.

İlkin məlumata görə, şübhəli şəxs saxlanılıb.

Hələlik zərərçəkənlər və binaya dəymiş maddi ziyan barədə məlumat verilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026