TÜRKPA-nın Baş katibi Məhmət Sürəyya Ər Zəfər Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb.
Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məktubda bildirilib ki, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun göstərdiyi bənzərsiz şücaət və əzmkarlıqla qazanılmış zəfər müasir tarixə misli görülməmiş bir hadisə kimi daxil olub. Xalqın iradəsi və ölkə liderinin uğurlu siyasəti ilə aparılan bu mübarizədə Azərbaycan öz haqlı qələbəsini qazanaraq əzəli torpaqlarını geri qaytarıb.
Türk ölkələri arasında əməkdaşlığa Milli Məclis sədrinin verdiyi töhfələri xüsusi vurğulayan Məhmət Sürəyya Ər ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.
















