• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

VPN: Nə qədər təhlükəsizdir, necə seçmək lazımdır?

Multİmedia

21 Sentyabr 2022 | 14:54

VPN: Nə qədər təhlükəsizdir, necə seçmək lazımdır?

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Tik-Tok sosial şəbəkəsi bloklanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov qeyd edib ki, "Tik-Tok" sosial şəbəkəsində dezinformasiya xarakterli məlumatların yayılması daha çox risk daşıdığı üçün, bu şəbəkənin ölkə ərazisində bloklanmasına dair qərar qəbul edilib.

Onun sözlərinə görə, müəyyən insanlar var ki, "Tik-Tok"u daha asan istifadə oluna bilən formata salmışdı.

"Yəni, "Tik-Tok"un özünün alqoritmi var ki, siz hansısa bir videoya baxdıqda ona uyğun digər kontentləri cəmləyib sizin qarşınıza çıxarır. Bu vasitə ilə sizi həm doğru, həm yalnış istiqamətlərə yönəldə bilir. Yəni, siz doğru məlumata baxsanız, düşmən ölkə həmin məlumata uyğun misal olaraq 10 dənə yalnış və sövqedici məlumat paylaşsanız, siz burada informasiya müharibəsinin qurbanına çevrilə bilərsiniz. Eyni addımı düşmən ölkə da atıb. Eyni təhdidlər hər iki tərəfdən eyni formada dəyərləndirilir və məqbul hesab olunduğu, risk daşıdığı üçün bu formada addım atılıb",- deyə Tural Məmmədov qeyd edib.

Qeyd edək ki, istifadəçilər məşhur sosial şəbəkəyə daxil olmaq üçün VPN tətbiqləri yükləməyə başlayıblar.

VPN (ing. Virtual Private Network - Virtual Şəxsi Şəbəkə) cihaz və VPN serveri arasında şifrələnmiş əlaqə yaratmağa imkan verən texnologiyadır. Onun vasitəsi ilə məxfi məlumatları şifrələnmiş formada ötürə, IP ünvanını və yerini gizlədə bilərsiniz. Başqa sözlə, istifadəçinin cihazı ilə İnternet arasında məlumat ötürülməsi üçün təhlükəsiz "tunel"-dir.

Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədovun sözlərinə görə, VPN, məsələn, bir şəxsin tüəhlükəsizlik yoxlanışından keçməyən ictimai Wi-Fi şəbəkəsindən istifadə etmək istədiyi zaman faydalıdır. Onun sözlərinə görə, eyni zamanda, VPN bütün kiber təhlükələrə qarşı dözümlü deyil: bu texnologiya sizi zərərli və arzuolunmaz reklam proqramlarından, fişinqdən və ya rəqəmsal fırıldaqçılıqdan qorumayacaq: "Vaxtaşırı olaraq VPN xidmətləri təcavüzkarların qurbanına çevrilir. Məsələn, nordvpn həllinin sındırılması ilə 20 milyon istifadəçi hesabının məlumatları açıq şəbəkəyə sızıb.  VPN həllinin seçilməsinə diqqətlə yanaşmaq lazımdır. Yaxşı reputasiyaya malik tanınmış tərtibatçıların kommersiya xidmətlərinə üstünlük vermək daha yaxşı olar. Onların təklifləri ilə istifadəçinin şəxsi məlumatlarının təhlükəsizliyi ehtimalı daha yüksəkdir: pullu xidmət satıcını tez-tez daha çox məsuliyyət daşımağa vadar edir. Ödənişli versiyalar xidmət üçün ödənişin edildiyi hesab üçün login və şifrə daxil etməyi tələb edir".

M.Məmmədov deyib ki, bəzi xidmətlər sizə verilmiş giriş şifrəsindən istifadə edərək qoşulmağa imkan verir, bu halda heç bir yerdə qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Tamamilə pulsuz təklif olunan həllər sonradan pula çevirmək üçün tez-tez istifadəçilərin bəzi məlumatlarını toplayır: "Buna görə də, provayder seçərkən, xidmətin göstərildiyi şərtləri diqqətlə oxumalısınız. Təəssüf ki, tamamilə anonim xidmətlər yoxdur, çünki həm dövlət orqanlarının tələbi əsasında, həm də kiberhücumlar nəticəsində hər zaman hostinq provayderlərindən məlumat əldə etmək mümkündür".

Müşviq Məmmədov tövsiyə edir ki, insanlar ödənişli VPN xidmətlərini seçsinlər: “Çünki xidmət tamamilə pulsuzdursa, provayder yəqin ki, başqa bir yol ilə, məsələn, istifadəçi məlumatlarını satmaqla gəlir əldə edir. Provayderin istifadəçi hərəkətlərinin qeydlərini saxlamaması vacibdir - bu, provayderin bazasından məlumat sızması halında sizi qoruyacaqdır. İstifadəçi müqaviləsini diqqətlə oxumaq da mütləqdir, çünki bəzən tərtibatçılar müqavilədə istifadəçi məlumatlarına daxil olmaq imkanını birbaşa qeyd edirlər. Bundan əlavə, hətta VPN-dən istifadə edərkən saytlara sorğular yalnız https protokolundan istifadə etməklə göndərilməlidir - bu, məlumatların saytla istifadəçinin cihazı arasında ötürülməsi zamanı onların bütövlüyünü və məxfiliyini təmin edən protokoldur”.

Aytac Aslan


SON XƏBƏRLƏR