• Bakı 32° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Vüqar Qurbanov baş direktoru işdən çıxardı - FOTO

CƏMİYYƏT

25 Iyul 2025 | 10:48

Vüqar Qurbanov baş direktoru işdən çıxardı - FOTO

"Qusar Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin baş direktoru Kamil Hacıyev vəzifəsindən azad olunub.

Bakıvaxtı.az  Bizim.media-ya istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, bundan əvvəl Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddiası yayılmışdı. Məlumata görə xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (onun həm də xəstəxana direktorunun həyat yoldaşı olduğu deyilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq verib.


SON XƏBƏRLƏR

25 Iyul 2025