Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydeni Ukraynaya səfərə dəvət edib.
Bakıvaxtı.az "Le Matin" saytına istinadla xəbər verir ki, bu barədə Zelenski ABŞ rəhbəri ilə telefon danışığı barədə məlumat verərkən bildirib.
“Mən Baydenə bildirdim ki, onun yaxın vaxtlarda Kiyevə səfəri ciddi siqnal ola bilər və vəziyyətin sabitləşməsinə kömək edər”, - deyə Ukrayna Prezidenti vurğulayıb.
















