• Bakı 26° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Araz-Naxçıvanla Sabah UEFA Konfrans Liqasında ilk matça çıxacaq
İDMAN
24 Iyul 2025 | 09:22

"Araz-Naxçıvan"la "Sabah" UEFA Konfrans Liqasında ilk matça çıxacaq

Azərbaycanın iki klubu - "Sabah" və "Araz-Naxçıvan" ilk bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk matçına çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, "Araz-Naxçıvan" Bakıda Yunanıstan təmsilçisi "Aris"lə üz-üzə gələcək.

"Dalğa Arena"da baş tutacaq və rumıniyalı FIFA referisi Andrey Kivuletenin idarə edəcəyi qarşılaşma saat 20:00-da start götürəcək.

"Sabah" isə səfərdə Moldova təmsilçisi "Petrokub"un qonağı olacaq. Qarşılaşma Kişineudakı "Zimbru" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşü israilli referi Qal Leybovitz idarə edəcək.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

24 iyul

20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan)

Baş hakim: Andrey Kivulete (Rumıniya).

Bakı, "Dalğa Arena"

21:00. "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan)

Baş hakim: Qal Leyboviç (İsrail).

Kişineu, "Zimbru" stadionu

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab görüşləri iyulun 31-də keçiriləcək.


SON XƏBƏRLƏR