• Bakı 23° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli ilə bağlı QƏRAR
CƏMİYYƏT
09 Iyul 2025 | 09:43

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli ilə bağlı QƏRAR

Ali Məhkəmədə Almaniyada mühacirətdə olmuş, Azərbaycan tərəfindən axtarışa verilmiş, daha sonra Bakıda həbs olunaraq azadlığa buraxılmış Müsavat fəalı Mehdi Xəlilbəylinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Bakıvaxtı.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: Mehdi Xəlilbəyli 2024-cü ilin əvvəlində Avropadan Bakıya qayıdıb və hava limanında saxlanılıb. Onun barəsində Binəqədi rayon məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir.

Mehdi Xəlilbəyliyə 2003-cü ildə Cinayət Məcəlləsinin 3 maddəsi ilə - 220 (kütləvi iğtişaş), 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.

O zaman bununla bağlı jurnalist Sahil Kərimli zərərçəkən kimi tanınıb.

Mehdi Xəlilbəylinin istintaqda və məhkəmədə ifadəsində özünü siyasi mühacir saymadığını deyib. O, Azərbaycanda yaşamaq istədiyini, Vətənə buna görə döndüyünü bildirib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə Mehdi Xəlilbəyliyə 2 il sınaq müddəti təyin olunmaqla, 4 il şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib.


SON XƏBƏRLƏR