“Tam orta məktəb” layihəsi çərçivəsində fəaliyyət göstərəcək Sumqayıt şəhəri 37 nömrəli tam orta məktəbə fənn müəllimlərinin qəbuluna start verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, yeni təhsil modeli əsasında fəaliyyət göstərəcək bu məktəb tam orta təhsil səviyyəsində təhsil alacaq şagirdlərə yeni imkanlar təqdim edir.
Tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar pedaqoji heyət tərəfindən həyata keçiriləcək.
Müsahibədə yalnız aşağıdakı tələblərə cavab verən müəllimlər iştirak edə bilərlər:
– MİQ, DQ və ya sertifikasiyadan 85% və daha yüksək nəticə
– Ali təhsil
Qeydiyyat müddəti: 16 iyul 2025-ci il tarixinədək davam edəcək.
Ətraflı məlumat və qeydiyyat üçün: //forms.gle/sPNDufAsaBn6LfqR7