Azərbaycan Yazıçılar Birliyinin (AYB) şair İlham Qəhrəmana qarşı mülki iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Şəbnur Qədirovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Məhkəmə şair İlham Qəhrəmanın yazısında AYB-nin şərəf və ləyaqətinə toxunulacaq sözün olub-olmaması ilə bağlı məhkəmə-linqvistik ekspertizası təyin edilməsi barəsində qərar verib.
Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, AYB şair İlham Qəhrəmanın mənzil bölgüsündə haqsızlığa məruz qalması ilə bağlı irəli sürdüyü iddalarla bağlı məhkəməyə müraciət edib. AYB qarşı tərəfin həm üzr istəməsini, həm də maddi təzminat olaraq 5000 manat ödəməsini tələb edir.