• Bakı 25° C

    12.44 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Qurban Qurbanov məğlubiyyəti belə şərh etdi
İDMAN
31 May 2025 | 22:24

Qurban Qurbanov məğlubiyyəti belə şərh etdi

“Futbolçularımın çıxışından razı qaldım. Ümid edirəm ki, növbəti mövsüm daha yaxşı çıxış edəcəyik”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunda “Sabah”a əlavə vaxtda 2:3 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

O, hakim idarəçiliyindən narazı qalmadığını söyləyib: “Hakimlər üçün belə oyunları idarə etmək olduqca çətindir. Futbolçuların da aqressivliyi başadüşüləndir. Mən onlarda bir qəbahət görmürəm. Belə matçlarda futbolçular da öz əsəblərini cilovlaya bilmirlər”.

Təcrübəli mütəxəssis Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda möhtəşəm atmosferin olduğunu da vurğulayıb.


SON XƏBƏRLƏR

01 Iyun 2025