• Bakı 22° C

    12.36 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Gənc əsgərlər and içdilər - FOTO
CƏMİYYƏT
02 Iyun 2025 | 12:56

Gənc əsgərlər and içdilər - FOTO

Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Xidmətin mətbuat mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, mərasimlərdə hərbi rituala uyğun olaraq Döyüş Bayrağı sıra meydanına gətirilib, Dövlət Himni ifa olunandan sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər gənc əsgərlərə nümunəvi hərbi qulluqçu kimi xalqa, dövlətə, Vətənə sadiq, cəsur, nizam-intizamlı əsgər olmağı, sərhədlərimizi göz bəbəyi kimi qorumağı, qarşıya qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməyi arzulayıblar.

Daha sonra gənc əsgərlər Hərbi Anda gətirilib, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb

Dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlər Hərbi Anda daim sadiq qalacaqlarına söz veriblər.

Mərasimin rəsmi hissəsi şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.


SON XƏBƏRLƏR

03 Iyun 2025