Ukrayna Prezidenti Volodimir Zelenski "Buxarest doqquzluğu" və Skandinaviya ölkələrinin sammitində iştirak etmək üçün Vilnüsə gedib.
Bakıvaxtı.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Sergey Nikiforov bildirib.
"Litva paytaxtında keçiriləcək sammit çərçivəsində tədbir iştirakçıları ilə ikitərəfli görüşlər planlaşdırılıb", - o qeyd edib.
Daha əvvəl verilən məlumata görə, sammit zamanı Alyansın şərq cinahının təhlükəsizliyinin və müdafiəsinin gücləndirilməsi, Ukraynaya dəstək və digər məsələlər müzakirə olunacaq.