“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı 2026-2029-cu illər üçün dövlət xərclərinin prioritet istiqamətləri arasında müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin gücləndirilməsi sahəsi də var.
Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan son onilliklərdə hərbi büdcəsini ardıcıl şəkildə inkişaf etdirib. Təhlükəsizlik və müdafiəyə ayrılan xərclər mütəmadi olaraq artırılır. Müharibədə qazanılan qələbə bu xərcləri müəyyən qədər sabit saxlamağa imkan versə də, dövlət təhlükəsizliyi və müdafiə sahəsi Azərbaycan üçün hər zaman prioritet olaraq qalır və bu istiqamətə diqqət daha da gücləndirilir.

Ədalət Verdiyev: Azərbaycanın məqsədi müharibə deyil
Onun sözlərinə görə, Azərbaycan müdafiə sahəsində qənaət etməyi düşünmür. Silahlı Qüvvələr üçün zəruri olan bütün silah-sursat, texnika və avadanlıqlar daim ən optimal və yüksək keyfiyyətli variantlarla təmin edilir:
"Nəticə etibarilə məqsəd müharibə aparmaq deyil, hərbi gücün nümayişi ilə rəqibləri və revanşist qüvvələri mümkün təxribatlardan çəkindirməkdir. Yəni əsas hədəfimiz müharibə deyil, məhz müharibənin qarşısını almaqdır".
Zeynəb Rzayeva
Bakı 







jpg-1765365579.jpg)



