Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adı qalmaqallarda hallanan yaxın qohumu İsa Əzizov hakim qarşısına çıxarılıb.
Bakıvaxtı.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
İsa Əzizov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin baxış iclası dekabrın 23-nə təyin olunub.
Qeyd edək ki, İsa Əzizov 2025-ci ilin sentyabrında "Sea Breeze" istirahət mərkəzində xuliqanlıq zəminində hadisə törətməkdə təqsirləndirilir. Onun barəsində ilkin olaraq cinayət məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılsa da, ibtidai istintaq dövrünün sonrakı mərhələsində onun əməlləri cinayət məcəlləsinin 126.2.1 (sağlamlığa qəsdən zərərvurma) və 234.1 (satış məqsədi olmadan narkotik maddələrin saxlanılması) maddələri ilə qiymətləndirilərək tövsif olunub.
Xatırladaq ki, İsa Əzizov bir neçə il əvvəl Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə də barəsində cinayət işi açılaraq həbs olunmuşdu.
Azadlığa çıxdıqdan sonra İsa Əzizov 2019-cu ildə yenidən Bakının mərkəzində baş verən silahlı atışmada iştirak etdiyinə görə məsuliyyətə cəlb olunub. Həmin vaxt İsa Əzizov onları polisə tabe olmağa çağıran əməliyyatçılara bıçaqla hədə-qorxu gəlibmiş.
Bakı 


jpg-1765365579.jpg)


jpg-1765368894.jpg)





