• Bakı 23° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Barselona əzəli rəqibinin oyunçusunu almaq istəyir
İDMAN
26 May 2025 | 00:22

"Barselona" əzəli rəqibinin oyunçusunu almaq istəyir

"Espanyol"un qapıçısı Xoan Qarsiya ilə maraqlanan klublar sırasına "Barselona" da qoşulub.

Bakıvaxtı.az xəbər verir ki, 24 yaşlı çərçivə qoruyucusu katalon klubunun transfer siyahısında yer alır.

Bu barədə "Barselona" klubuna yaxın olan jurnalist Fernando Polo məlumat yayıb.

Lakin bu transfer asanlıqla başa tutmayacaq. X. Qarsiya ilə bir çox klub yaxından maraqlanır. Premyer Liqa və Bundesliqa klubları onu nəzarətdə saxlayır.

İspaniyalı qapıçı cari mövsüm La Liqada 38 oyunda qapısında 51 qol görüb.


SON XƏBƏRLƏR

25 May 2025