• Bakı 20° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Afrika ölkələri ilə əməkdaşlığı yüksək qiymətləndiririk - Yalçın Rəfiyev
SİYASƏT
26 May 2025 | 00:50

Afrika ölkələri ilə əməkdaşlığı yüksək qiymətləndiririk - Yalçın Rəfiyev

Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev sosial şəbəkədə Afrika Gününə həsr olunmuş paylaşımında yazıb.

"Afrika insan sivilizasiyasına böyük töhfə vermiş bəşəriyyətin beşiyi, müxtəliflikdə birləşmiş və zəngin irsə malik bir qitədir.

Bu ilki Afrika Günündə biz Afrika xalqlarına sülh və inkişafa əsaslanan davamlı və dayanıqlı gələcək arzulayırıq.

Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını və dostluq əlaqələrini yüksək qiymətləndirir", – XİN başçısının müavini qeyd edib.


SON XƏBƏRLƏR