Nigeriyanın Borno əyalətində Boko Harama qarşı keçirilən əməliyyatlarda 30 terrorçu zərərsizləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, kəşfiyyat məlumatları əsasında terrorçuların olduğu əraziyə hava zərbəsi endirilib.
Qeyd edək ki, Boko Haramın 2009-cu ildən bu yana həyata keçirdiyi kütləvi terror aktlarında on minlərlə insan həyatını itirib.