• Bakı 15° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Erməni ekspertlər Bakıya GƏLİR
SİYASƏT
20 Noyabr 2025 | 18:51

Erməni ekspertlər Bakıya GƏLİR

Erməni ekspertlər sabah Bakıya gələcəklər. 

Bakıvaxtı.az xəbər verir ki, Ermənistan hökuməti beş nəfərlik ekspert qrupunun Bakıya səfəri üçün 17.550.000 dram (45.600 dollar) ayıracaq. Nazirlər Kabineti cümə axşamı keçirilən iclasda müvafiq qərar qəbul edib.

Ekspertlər 21 noyabrda çarter reysi ilə Bakıya yola düşəcək. Onlar 21-22 noyabr tarixlərində orada təşkil olunan dəyirmi masa müzakirəsində iştirak edəcəklər.

Xatırladaq ki, 21-22 oktyabr tarixlərində İrəvanda Azərbaycan nümayəndə heyəti ilə oxşar dəyirmi masa müzakirəsi keçirilib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Azərbaycan nümayəndə heyəti ilə görüşüb.


SON XƏBƏRLƏR