• Bakı 10° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə faktı üzrə cinayət işi açıldı
SİYASƏT
10 Dekabr 2025 | 14:49

Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə faktı üzrə cinayət işi açıldı

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində baş verən maliyyə pozuntuları ilə əlaqədar cinayət işi açılıb.

Bakıvaxtı.az xəbər verir ki, apa-nın əldə etdiyi məlumata görə, Baş Prokuroluqda fakt üzrə Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Bu, mərkəzdə subsidyaların təyinatı üzrə istifadə olunmaması və mənimsənə faktı ilə bağlıdır.

    Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

    Məlumata görə, yoxlama aparılan müddətdə Hacıqabul DAİM-in müdiri Ariz Abuzərov tutduğu vəzifədən uzaqlaşdırılıb. Onunla bağlanmış müqaviləyə xitam verilib.


    SON XƏBƏRLƏR