• Bakı C

    6.82 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Attestasiyadan keçə bilməyən musiqi müəllimlərinin müsahibə nəticələri açıqlanıb
MƏDƏNİYYƏT
10 Dekabr 2025 | 15:53

Attestasiyadan keçə bilməyən musiqi müəllimlərinin müsahibə nəticələri açıqlanıb

Attestasiya nəticələrinə əsasən 3 əleyhinə – 2 lehinə səs toplayaraq tutduğu vəzifəyə uyğun hesab edilməyən namizədlər üçün təşkil edilmiş xüsusi müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, namizədlər nəticələrlə “MyCulture” vahid şəxsi kabineti vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, müsahibə mərhələsi üzrə keçid balı 32 baldır.

Müsahibə nəticəsindən narazı qalan namizədlər üçün apellyasiya imkanı yaradılıb. Apellyasiya müraciətlərinin qəbulu 10–13 dekabr tarixlərində “MyCulture” vahid şəxsi kabineti üzərindən elektron şəkildə qəbul ediləcək.


SON XƏBƏRLƏR