• Bakı C

    6.82 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Həkimlərin sertifikasiyası əksər ölkələrdə var
CƏMİYYƏT
10 Dekabr 2025 | 15:43

Həkimlərin sertifikasiyası əksər ölkələrdə var

“Sertifikasiya bir çox ölkələrdə tətbiq olunan ümumi praktikadır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Nazirliyin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin Səhiyyə mütəxəssislərinin sertifikasiya şöbəsinin müdiri Şərafət İsmayılova bildirib.

Onun sözlərinə görə, müxtəlif dövlətlərdə bu proses fərqli şəkildə həyata keçirilir: bəziləri akkreditasiyanı icra edir, bəziləri sertifikatlaşdırma ilə məşğul olur, digərləri isə davamlı peşəkar inkişaf üzrə kredit ballarını hesablamağa məsuldur.

Ş.İsmayılova deyib ki, bu təcrübə uzun illərdir mövcuddur və bu gün Azərbaycanda həm sertifikat, həm də imtahan yolu ilə peşə yararlılığının qiymətləndirilməsi üçün unikal mexanizm formalaşdırılıb:

“Əgər tibb işçisi öz üzərində davamlı şəkildə işləyir, bilik və peşə bacarıqlarını artırırsa, bu fəaliyyət davamlı peşəkar inkişaf ballarında nəzərə alınır və nəticədə onun sertifikatının avtomatik yenilənməsi mümkün olur”.

Ş.İsmayılova qeyd edib ki, dünyanın bir çox ölkələrində də bu model tətbiq edilir:

“Məsələn, Almaniyada 2005-ci ildən etibarən həkimlər üçün illik 250 kredit balı toplamaq tələbi mövcuddur. ABŞ-də Ailə Həkimləri Assosiasiyası üzvlük üçün 2 il ərzində 100 kredit balının toplanmasını tələb edir. Bu kimi mexanizmlər müxtəlif ölkələrdə fərqli qaydalarla tətbiq olunsa da, ümumi məqsəd tibbi personalın davamlı inkişafını təmin etməkdir”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR