Türkiyə xarici işlər naziri Hakan Fidanla suriyalı həmkarı Əsəd Həsən Şeybani arasında növbəti telefon danışığı baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Suriyanın cənubundakı vəziyyətlə əlaqədar müzakirə aparıblar. Hakan Fidan Suriya hökumətinə dəstək verdiklərini bildirib.
Qeyd edək ki,nazirlər arasında son telefon danışığı iyulun 16-sı baş tutub.