• Bakı 15° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ!
CƏMİYYƏT
20 Noyabr 2025 | 18:45

Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ!

Test imtahanında müvəffəqiyyət qazanmış hakimliyə namizədlərin yazılı imtahan verəcəyi tarix məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

Bildirilib ki, test imtahanında müvəffəqiyyət qazanan 160 nəfər hakimliyə namizədlə 30 noyabr 2025-ci il tarixdə saat 11:00-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 108) yazılı imtahan keçiriləcək.

Bununla əlaqədar namizədlər "imtahana buraxılış vərəqəsi"ni dim.gov.az keçidi vasitəsilə əldə edə bilərlər.


SON XƏBƏRLƏR