İran İsrailin kəşfiyyat xidməti “Mossad” və İsrail ordusu ilə əməkdaşlıqda ittiham olunan Şahrud Universitetinin memarlıq fakültəsinin tələbəsi Aqil Keşavarzın edam edildiyini açıqlayıb.
Bakıvaxtı.az ISNA-ya istinadən xəbər verir ki, o, İsrail ilə kəşfiyyat əməkdaşlığında, həmçinin hərbi və təhlükəsizlik obyektlərinin fotoşəkillərinin çəkilərək ötürülməsində ittiham olunub.
Məlumata görə, Aqil Keşavarzın ailəsi onunla sonuncu dəfə cümə günü Urmiya Mərkəzi Həbsxanasında görüşüb.
Bildirilib ki, o, iyun ayında İsraillə İran arasında baş vermiş 12 günlük müharibə zamanı saxlanılıb. İslam Respublikasının məhkəmə sistemi tərəfindən “İsrailə casusluq” ittihamı ilə mühakimə olunan Aqil Keşavarz barəsində edam hökmü çıxarılıb və hökm icra edilib.
Bakı 












