• Bakı 24° C

    14.06 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Kiyev komendant saatı qaydalarını dəyişməyə hazırlaşır
DÜNYA
29 Avqust 2026 | 21:53

Kiyev komendant saatı qaydalarını dəyişməyə hazırlaşır

Ukrayna hökuməti komendant saatı və vətəndaşların hava təhlükələri barədə operativ məlumatlara çıxışı ilə bağlı yanaşmaları yenidən nəzərdən keçirməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski “Telegram” kanalında məlumat verib.

Baş nazir konkret olaraq hansı dəyişikliklərin nəzərdə tutulduğunu açıqlamayıb. Onun sözlərinə görə, dövlətin, paytaxtın, iqtisadiyyatın və kritik infrastrukturun Rusiyanın yeni hücum taktikasına uyğunlaşdırılması zəruridir.

“Uzunmüddətli hava həyəcanları yalnız insanların təhlükəsizliyinə deyil, həm də müəssisələrin fəaliyyətinə, logistika, nəqliyyat, məktəblər, uşaq bağçaları və həyatın digər sahələrinə təsir göstərir. Düşmən paytaxtda və iri şəhərlərdə iqtisadi fəallığı iflic etməyə çalışır. Buna görə də bizim yanaşmalarımız və reaksiyamızın alqoritmləri dəyişməlidir”, – deyə hökumət başçısı bildirib.

Koretskinin sözlərinə görə, hökumət müxtəlif təhlükə şəraitində müəssisə və təşkilatların fəaliyyəti, logistika və nəqliyyatın təşkili, metronun və digər infrastruktur obyektlərinin işi ilə bağlı yeni qərarlar üzərində çalışır.

“Komendant saatı və vətəndaşların hava təhlükələri barədə operativ məlumatlara çıxışı ilə bağlı yanaşmaları da ayrıca nəzərdən keçirməyi planlaşdırırıq. Bütün bunlar təhlükəsizlik üçün əlavə risk yaratmadan həyata keçirilməlidir”, – baş nazir qeyd edib.

O bildirib ki, zəruri təkliflərin gələn həftənin əvvəlində hazırlanması, ictimaiyyətə təqdim edilməsi və onların icrasına başlanılması planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR