• Bakı 25° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Kürdəmirdə su xətti partladı: 21 min şəxs susuz qaldı
CƏMİYYƏT
12 Iyul 2026 | 21:01

Kürdəmirdə su xətti partladı: 21 min şəxs susuz qaldı

Kürdəmirdə magistral su boru xətti partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci km-də, rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, diametri 500 mm olan boru partlayıb.

Qəza yerinə Kürdəmir su və meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Xatırladaq ki, magistral su boru xətti martın 27-də də partlayıb.

Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 min sakinini içməli su ilə təmin edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyul 2026