• Bakı C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

Məktəblilər arasında “snus” təhlükəsi - alıb məktəbdə çeynəyirlər - VİDEO
CƏMİYYƏT
17 Dekabr 2025 | 18:54

Məktəblilər arasında “snus” təhlükəsi - alıb məktəbdə çeynəyirlər - VİDEO

Məktəblilər arasında "snus" adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb. Uşaqlar isə onun tərkibi və təsirləri barədə məlumatlı olmadan istifadə edir.

Bakıvaxtı.az-ın məlumatına görə, İTV-yə danışan şagirdlər bildirirlər ki, bu məhsulu alıb məktəbdə çeynəyirlər.

"Bizim məhlədə satılır, almışam. Uşaqlar da bir neçə dəfə alıblar. Ağızda dağılır, pis dad verir. Hər marketdə satılmır. Köşk kimi yerlərdə olur", - şagirdlər bildirib.

Mütəxəssislər isə qeyd ediblər ki, "snus" saqqız yox, ağızboşluğunda istifadə edilən nikotin tərkibli maddədir. Nəticədə ürəkbulanma, başgicəllənmə, halsızlıq və zəhərlənmə halları baş verə bilər. Bu məsələ isə təkcə məktəblərin deyil, valideynlərin və aidiyyəti qurumların da diqqət mərkəzində olmalıdır. 

Daha ətraflı videomaterialda: 


SON XƏBƏRLƏR