• Bakı C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

HHQ-nin xidməti-döyüş fəaliyyəti YOXLANILDI - FOTOLAR
CƏMİYYƏT
17 Dekabr 2025 | 20:27

HHQ-nin xidməti-döyüş fəaliyyəti YOXLANILDI - FOTOLAR

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrində olaraq şəxsi heyətlə görüşüb, xidməti-döyüş fəaliyyətini və qışa hazırlıq işlərinin keyfiyyətini yoxlayıb. 

MN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, şəxsi heyətlə görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan uğurlu islahatlar çərçivəsində yüksək döyüş qabiliyyətli hərbi hissələrin formalaşdırılması və onların müasir hərbi vasitələrlə təchiz edilməsinə nail olunduğu vurğulanıb, peşəkar kadrların hazırlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcəyi qeyd edilib.

HHQ komandanı tədris müddətində döyüş hazırlığı və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, sərəncamda olan müasir silah-texnikaların praktiki mənimsənilməsi məqsədilə təlim və məşqlərin intensivliyinin, eləcə də keyfiyyətinin artırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.


SON XƏBƏRLƏR