• Bakı 26° C

    5.46 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Naxçıvanda voleybol festivalı keçiriləcək 
İDMAN
31 May 2025 | 19:30

Naxçıvanda voleybol festivalı keçiriləcək 

Naxçıvanda voleybol festivalı keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, iyun ayının 1-də saat 09:30-da Naxçıvan şəhərindəki Əcəmi seyrangahında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə voleybol festivalı keçiriləcək.

Festival çərçivəsində aşağı yaş qrupu üzrə oğlan və qız komandaları arasında yarışlar təşkil olunacaq. Festival çərçivəsində Azərbaycan Voleybol Federasiyasının Naxçıvan Filialı tərəfindən 2012-2016-cı il təvəllüdlü, boy və çəki göstəriciləri müvafiq kriteriyalara uyğun gələn oğlan və qız uşaqlarının voleybola cəlb edilməsi üçün seçimlər aparılacaq.

Festivalda iştirak edən uşaqlara və valideynlərə sertifikatlar, idmançılara formalar, qaliblərə hədiyyələr təqdim olunacaq.


SON XƏBƏRLƏR

01 Iyun 2025