• Bakı 31° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Omanda tanker batdı, sızma başladı
DÜNYA
10 Avqust 2026 | 08:50

Omanda tanker batdı, sızma başladı

Böyük Britaniya və Avropa İttifaqının sanksiyalarına məruz qalan “Caroline Bezengi” tankerindən Oman sahillərində neft sızması baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Arab News" peyk görüntülərinə istinadən məlumat yayıb.

    Məlumata görə, 247 metr uzunluğunda tanker Oman sahillərinin cənub-qərbində, Ərəb dənizində qəzaya uğrayaraq dayazlığa oturub.

    Neft sızması Ərəb dənizində yerləşən qorunan təbiət ərazisinə də təsir edib.

    “Caroline Bezengi” tankeri may ayında Qara dənizdəki limanlardan birindən yola çıxıb.

    İyunun 8-də gəmidən göyərtəsində partlayış baş verməsi barədə məlumat göndərilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    09 Avqust 2026