• Bakı 27° C

    3.41 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi
DÜNYA
09 Iyul 2025 | 12:23

Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi

ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus dövlət katibi Marko Rubionun Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanmasına ümid etdiyini ifadə edən bəyanatına münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Bryus ABŞ-ın bəzi məsələlərin həllində iştirak etdiyini bildirib.

"Dövlət katibinin bu bəyanatı verməsi vacib idi. Biz çoxlu razılaşmalardan, atəşkəsdən və iştirak etdiyimiz dəyişikliklərdən məmnunuq. Dövlət katibinin bunu deməyə əsası var idi və biz daha ətraflı məlumat alanda onları sizə təqdim edəcəyəm", - o vurğulayıb.

Daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistan arasında tezliklə sülh razılaşmasının imzalanmasına ümid etdiyini deyib.


SON XƏBƏRLƏR