• Bakı 24° C

    4.35 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Araz-Naxçıvan Türkiyə klubunu 14 cavabsız qolla məğlub edib
İDMAN
09 Iyul 2025 | 17:10

"Araz-Naxçıvan" Türkiyə klubunu 14 cavabsız qolla məğlub edib

Yeni mövsümə hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” ilk yoxlama oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan təmsilçisi yerli “Bayburtspor”la üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin 14:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qırmızı-ağlar” iyulun 11-də “Alanyaspor”la, 17-də isə “Trabzonspor”la qarşılaşacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.


SON XƏBƏRLƏR

09 Iyul 2025